“Hazırda əsas problemimiz ərazidə olan 6500 ev təsərrüfatımızın yarıdan çoxunun sənədinin olmamasıdır”- bu fikirləri Belediyye.infoya Abşeron rayonu Mehdiabad bələdiyyəsinin sədri Vüqar Hüseynov bildirib.
Sədrin sözlərinə görə, qəsəbədə rəsmi olaraq 13 min nəfərdən artıq qeydiyyatda olsa da, qeyri-rəsmi sakinlərimizin sayı 50 min nəfəri keçir. Təəssüf ki, onların məskunlaşdığı ərazilərin böyük bir qismi kənd təssərüfatı təyinatlı torpaqlarda olduğundan sənədləşdirilməsi mümkün deyildir. ilk olaraq torpağın təyinatı dəyişdirilməli və sonradan sakinlər tərəfindən sənədləşdirilməyə başlanılmalıdır. Bununla bağlı müvafiq olaraq rəsmi qurumlara müraciətlərimiz olub. Bu işi başa çatdırmış olsaq büdcə gəlırlərimizdə ciddi artıma nail ola biləcəyik. Hazırda ay ərzində 10-12 min manat vəsait topladığımız halda proses başa çatdığı halda bu rəqəmi iki dəfə artıra bilərik.
ərazimizdə olan 6.500 təsərrüfat 123 küçədə məskunlaşıb. Hər biri haqqında məlumat bazası toplanılıb və elektron bazaya yerləşdirilib. Sənədi olan vergi ödəyicilərimizin 60 faizi bildirişlərə uyğun yerli vergiləri vaxtında ödəyir.
Sədrin sözlərinə görə, Abşeron RiH başçısı xanım idarə Gülməmmədova daim fəaliyyətimizə mənəvi dəstək verməklə öz tövsiyələrini verir.
Hazirda bələdiyyəmizin 13 üzvü və 12 nəfərlik kollektivimizin əsas məqsədi əhali arasında maarifləndimə işlərini davam etdirməkdir.
Borclu vətəndaşlarımız haqqında bilgiləri bələdiyyə iclasının qərarıyla icra şöbəsinə göndəririk.
Belediyye.info